İsrail səfiri: "Qarabağ məsələsinin həlli Minsk prosesinə əsaslanmalıdır"

İsrail səfiri: "Qarabağ məsələsinin həlli Minsk prosesinə əsaslanmalıdır"
# 10 aprel 2017 09:06 (UTC +04:00)

"Ermənistan və onun qonşuları arasında sülh ATƏT-nın Mİnsk prosesinə əsaslanmalıdır".

APA-nın xəbərinə görə, bu barədə “news.am” saytına müsahibəsində İsrailin Ermənistana yeni təyin olunmuş səfiri Eliyahu Eruşalmi deyib.

“Qarabağa gəldikdə, biz sülh istəyirik. Bizim siyasətimiz ondan ibarətdir ki, Ermənistan və onun qonşuları arasında sülh Minsk prosesinə əsaslanmalıdır. Biz tərəflərin öz xalqlarının rifahı naminə verəcəyi istənilən qərarları qəbul edəcəyik. Əsas odur ki, regionda sülh bərqərar olsun və Ermənistan sülh şəraitində yaşaya bilsin” , - deyə diplomat söyləyib.

İsrail səfiri ölkəsinin Azərbaycana silah satması barədə sualı belə cavablandırıb: "İsrail bu məsələni şərh etmir. Məsələ mənim Ermənistan rəsmiləri ilə görüşümdə qaldırılıb və böyük ehtimalla gələcək məsləhətləşmələrdə də qaldırılacaq".

Səfir qondarma "erməni soyqırımı"na aid suala cavab verərkən erməni xalqının faciəsinin daim israillilərin düşüncəsində olduğunu deyib. Bununla belə o, rəsmi Tel-Əvivin məsələyə münasibət bildirməkdən çəkindiyini söyləyib: “İsrail məsələ ilə bağlı fikir bilmir, çünki bu tarixi problem Türkiyə ilə Ermənistan arasındadır. Biz Ermənistanın Türkiyə ilə qəbul etdiyi qərarı dəstəkləyəcəyik. Ermənistanla Azərbaycan arasında Qarabağ məsələsində olduğu kimi, Ermənistanla Türkiyənin də birgə verdiyi qərarla razılaşmalıyıq".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR