Mərakeş səfirliyi Bakıda sərgi təşkil edib

Mərakeş səfirliyi Bakıda sərgi təşkil edib
# 10 aprel 2017 09:57 (UTC +04:00)

Mərakeşin Azərbaycandakı səfirliyi XIV əsrdə Azərbaycana səfər etmiş mərakeşli səyyah İbn Battutaya həsr olunmuş filmin təqdimatını və sərgi təşkil edib.

APA-nın məlumatına görə, sərgidə çıxış edən səfir Məhəmməd Adil Embarş bildirib ki tədbir Azərbaycanda bu il elan olunan İslam Həmrəyliyi İli çərçivəsində keçirilir.

Səfirin sözlərinə görə, Mərakeş səyyah İbn Battuta Azərbaycan da daxil olmaqla, dünyanın bir çox yerlərində olub. İki ölkə arasında münasibətlərə toxunan diplomat əlavə edib ki, Azərbaycan və Mərakeş qardaş ölkələrdir və bu münasibətlər inkişaf edir.

Sonra səyyah İbn Battutaya həsr olunmuş "Məkkəyə səyahət" filmi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR