“Cənub Qaz Dəhlizi ilə bağlı artıq Bakıda üçüncü dəfə Məşvərət Şurasının iclası keçirilib. Məşvərət Şurasının yekununda ölkəmizin liderlik rolunun qeyd edildiyi qətnamə qəbul olunub”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizinin tezliklə istifadəyə verilməsi həm Azərbaycanın, həm layihədə iştirak edən, həm də gələcəkdə bu layihədən xeyir götürəcək ölkələr üçün önəmlidir: “Bu ilin ilk 3 ayında nəqliyyat sektorunda da yaxşı nəticələr əldə edilib. Astaraçay üzərindən keçən körpü vasitəsilə ötən ay Azərbaycandan İrana birinci qatar yola salındı. Bakı-Tbilisi-Qars dəmir yolunun da bu il istfiadəyə verilməsi nəzərdə tutulub”.
Prezident bu ilin ilk 3 ayında ölkəyə gələn turistlərin sayında 25% artım qeydə alındığını söyləyib: “Bu, Azərbaycanda mövcud olan sabitlik, yaradılan infrastruktur, ölkəmizdəki 6 hava limanı, gözəl yollar, otellərin inşası ilə əlaqədardır. Üç ay ərzində “Asan viza” xətti ilə 40 min viza verilib, 80-dən çox ölkənin vətəndaşları elektron vizalar alır. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Gələn ay ölkəmizdə dördüncü İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, böyük idman bayramı olacaq”.
Prezident İlham Əliyev: "İlin ilk 3 ayında ölkəyə gələn turistlərin sayında 25 faiz artım qeydə alınıb“
10 aprel 2017 12:41 (UTC +04:00)
Turizm
Nazir: Azərbaycanla Macarıstan arasında uçuşların sayı məni təəccübləndirib
10:54
25 aprel 2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:28
25 aprel 2024
Bu il Azərbaycana gələn Qazaxıstan vətəndaşlarının sayı 135% artıb
17:29
24 aprel 2024
QDİƏT-ə üzv dövlətlərin turizm sahəsi üzrə “Bakı Bəyannaməsi” qəbul edilib
13:43
23 aprel 2024