Cənubi Sudanda ordu və müxalif qüvvələr arasında toqquşmalar baş verib

Cənubi Sudanda ordu və müxalif qüvvələr arasında toqquşmalar baş verib
# 10 aprel 2017 19:16 (UTC +04:00)

Cənubi Sudanın sayca ikinci ən iri Vau şəhərində toqquşmalar baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ordu və müxalif qüvvələr arasında baş verən toqquşmalarda 15 nəfər ölüb, 10 nəfər yaralanıb.

Cənubi Sudanda 2013-cü ildən etibarən prezident Salva Kiirin hökuməti və müxalifət arasında vətəndaş müharibəsi davam edir. Qeyd edək ki, Cənubi Sudan 2011-ci ildə referendum nəticəsində Sudandan ayrılaraq müstəqilliyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR