Rusiya prezidenti Bakı arxiyepiskopunu "Dostluq" ordeni ilə təltif edib

Rusiya prezidenti Bakı arxiyepiskopunu "Dostluq" ordeni ilə təltif edib
# 10 aprel 2017 20:08 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Bakı arxiyepiskopu Aleksandr Atanı (İşşein Aleksandr Qriqoryeviç) "Dostluq" ordeni ilə təltif edib.

APA-nın məlumatına görə, müvafiq fərman Rusiyanın rəsmi hüquq məlumat saytında dərc edilib.

Məlumata görə, Aleksandr Ata Rusiya Azərbaycanda Rus diasporunu dəstəklədiyinə, həmçinin dinlərarası anlaşma, Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlıq üzrə səmərəli fəaliyyətinə görə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR