Ədəbiyyat Muzeyində Cavad Heyətin guşəsi yaradılıb

Ədəbiyyat Muzeyində Cavad Heyətin guşəsi yaradılıb
# 11 aprel 2017 07:56 (UTC +04:00)

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli alim və ictimai xadim, Paris Beynəlxalq Cərrahlar Akademiyasının həqiqi üzvü Cavad Heyətin guşəsi yaradılıb.

Muzeydən APA-ya verilən məlumata görə, guşədə C.Heyətin abidəsi ilə yanaşı, onun ömür yolu haqqında fotolar, sənədlər, xatirə əşyaları da yer alıb. Abidənin müəllifi xalq rəssamı Natiq Əliyevdir.

Qeyd edək ki, tibb elminin görkəmli nümayəndələrindən olan Cavad Heyət Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığının inkişafı istiqamətlərində xidmətlər göstərib. O, 2014-cü il avqustun 12-də dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR