Azərbaycan XİN rəhbəri: “Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır”

Azərbaycan XİN rəhbəri: “Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır”
# 11 aprel 2017 11:24 (UTC +04:00)

“Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır”.

APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə görüşü zamanı deyib.

E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və münaqişənin bu prinsiplər əsasında həllində dəstək nümayiş etdirdiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR