QDİƏT PA baş katibi: “Azərbaycanda hər 9 nəfərdən biri qaçqın və məcburi köçkündür”

QDİƏT PA baş katibi: “Azərbaycanda hər 9 nəfərdən biri qaçqın və məcburi köçkündür”
# 11 aprel 2017 13:05 (UTC +04:00)

“Bölgədəki vəziyyət getdikcə mürəkkəbləşir. Azərbaycan torpaqlarının bir hissəsi işğal altındadır, bir milyondan artıq qaçqın və məcburi köçkün var. Belə mövzuları bu iclasda müzakirə edib qərarlar qəbul etməsək də, uzun illərdir hər bir məsələnin müzakirəsində Azərbaycan nümayəndə heyəti bu vacib mövzuya toxunur, bunun neft-qaz sahəsinə və iqtisadiyyatın digər sahələrinə mənfi təsir göstərdiyini bildirir”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında QDİƏT PA baş katibi Asəf Hacıyev deyib.

A. Hacıyev qeyd edib ki, Azərbaycanda hər 9 nəfərdən biri qaçqın və məcburi köçkündür: “Dünya ölkələri Azərbaycanın bu böyük problemini və torpaqlarının 20 faizinin işğal edildiyini, 1 milyon qaçqını görmür və görmək istəmir. Bu gün dünyada hər 115 adamdan biri qaçqındır. Qara Dəniz bölgəsində hər 60 nəfər arasında bir qaçqın var, Azərbaycanda isə hər 9 nəfərdən biri qaçqın və məcburi köçkündür. Yəqin ki, dünyada ikinci elə bir ölkə yoxdur ki, onun əhalisinin 9 nəfərindən biri qaçqın və məcburi köçkün olsun. Ona görə də dünya bu haqda ciddi düşünməlidir. Azərbaycanın işğal olunmuş torpaqları qısa bir müddətdə boşaldılmalıdır. Azərbaycan prezidenti dəfələrlə Azərbaycanın sülhsevər ölkə olduğunu bəyan edib. Amma Azərbaycan torpaqlarının bir qarış da olsun torpağının kiməsə verilməsi müzakirə predmeti ola bilməz. Son hadisələr göstərir ki, Azərbaycan doğru mövqedədir və düzgün siyasət aparır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR