ATƏT ötən il Dağlıq Qarabağ münaqişəsi zonasında 22 monitorinq keçirib

ATƏT ötən il Dağlıq Qarabağ münaqişəsi zonasında 22 monitorinq keçirib
# 11 aprel 2017 17:01 (UTC +04:00)

Tərəflərin dəstəyi ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun qrupu 22 monitorinq tapşırığı həyata keçirib.

APA-nın məlumatına görə, bu barədə ATƏT-in 2016-cı il üçün illik hesabatında deyilir.

Hesabatda bildirilir ki, monitorinqlərdən 5-i Ermənistan-Azərbaycan sərhədində, 17-si isə təmas xəttində icra edilib. Məlumata görə, Yüksək Səviyyəli Planlaşma Qrupunun nümayəndələri də 4 dəfə - fevral, may, iyul və oktyabr aylarında həyata keçirilən monitorinqlərə qatılıblar.

Əlavə olaraq, ATƏT-in Almaniya sədrliyinin nümayəndələri may və oktyabr monitorinqlərində iştirak edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR