Alman deputat: “Xocalı faciəsinin təkrarlanmaması üçün silahlı zorakılığın qarşısı alınmalıdır”

Alman deputat: “Xocalı faciəsinin təkrarlanmaması üçün silahlı zorakılığın qarşısı alınmalıdır”
# 12 aprel 2017 12:46 (UTC +04:00)

“Suveren dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl prinsipləridir”.

APA-nın xəbərinə görə, bunu Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptman Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq təşkilatların rolu və iştirakı barədə sorğuya verilən cavabda qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir-biri ilə əlaqəli olan dörd qətnaməsində erməni silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasının prioritet olduğu göstərilib.

Hauptman vurğulayıb ki, məcburi köçkünlərin doğma evlərinə qayıtması Almaniya hökumətinin diqqət mərkəzindədir.

“ATƏT-in Minsk Qrupu çərçivəsində təkrar danışıqların keçirilməsinə baxmayaraq, münaqişənin həll prosesi uzanır. Avropa İttifaqının flaqmanı olan Almaniya hökumətinin danışıqlarda fəal iştirakı təklif olunur. Rəsmi Berlin münaqişənin qısa zamanda sülh yolu ilə həll olunması üçün konkret addımlar atmaq fikrindədirmi” sualına cavab olaraq, M. Haupmann bildirib ki, Almaniya çoxtərəfli formatda, ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllini dəstəkləyir və dəstəkləməkdə davam edəcək: “Bu il Avstriyanın ATƏT-də sədrliyi zamanı, münaqişə iştirakçıları arasında davamlı etimadın qurulması prioritet olacaq bəyanatını eşitməkdən məmnun olduq. Sülhə yalnız danışıqlar masasında nail olmaq olar”.

Ötən ilin aprelində Ermənistan hərbi qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərinə qarşı həmlə etməsinə toxunan almaniyalı deputat vurğulayıb ki, beynəlxalq münasibətlər sisteminin təməli olan güc tətbiqinin ümumi şəkildə qadağan edilməsi prinsipi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə davamlı şəkildə riayət edilməsi münaqişənin sürətli siyasi həlli üçün əsasdır: “Bunu rəhbər tutan Almaniya hər hansı bir təcavüzü kəskin şəkildə pisləyir. Xocalı faciəsinin təkrarlanmaması üçün silahlı zorakılıq hallarının qarşısı qətiyyətlə alınmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR