İsgəndəriyyədə terror aktı törədən şəxsin kimliyi müəyyənləşib

İsgəndəriyyədə terror aktı törədən şəxsin kimliyi müəyyənləşib
# 12 aprel 2017 21:25 (UTC +04:00)

Misirin İsgəndəriyyə şəhərində kilsədə terror aktı törədənin kimliyi məlum olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir daxili işlər nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, üzərindəki partlayıcı qurğunu 1986-cı il təvəllüdlü Süveyş şəhər sakini, neft şirkətinin əməkdaşı Mahmud Mubarək Abdulla işə salıb.

Tanta şəhərində kilsəni partladan digər terrorçu-kamikadze barədə məlumat verilmir.

Aprelin 9-da İsgəndəriyyədə və Tanta şəhərlərində törədilən partlayışlarda 45 nəfər ölüb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR