Vışeqrad ölkələri Azərbaycanın Aİ ilə viza sadələşdirilməsinə dair dialoqu davam etdirmək istəyini alqışlayıb

Vışeqrad ölkələri Azərbaycanın Aİ ilə viza sadələşdirilməsinə dair dialoqu davam etdirmək istəyini alqışlayıb
# 13 aprel 2017 10:02 (UTC +04:00)

“Vışeqrad ölkələri Azərbaycanın Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı dialoqu davam etdirmək istəyini alqışlayır və bu istiqamətdə növbəti addımları gözləyir”.

APA-nın məlumatına görə, bu barədə Vışeqrad qrupu ölkələrinin və Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin ötən gün Polşada keçirilən görüşünün yekunlarına dair bəyanatında deyilir.

Bəyanatda həmçinin Ermənistanın müvafiq təşəbbüsü dəstəklənir, Gürcüstanla viza rejiminin ləğvi alqışlanır və Ukrayna ilə də vizasız rejimin tezliklə tətbiq ediləcəyinə ümid ifadə edilir.

Nazirlər bəyanatda Azərbaycanla yeni saziş üzrə davam edən danışıqlarda daha çox irəliləyişin əldə olunmasına dair çağırış ediblər.

Bəyanatda nazirlər Aİ-nin Qonşuluq siyasətinin strateji tərkib hissəsi və Şərqi Avropada iqtisadi inkişafın və sabitliyin aparıcı və aktiv faktoru kimi Şərq Tərəfdaşlığı proqramına güclü dəstək ifadə ediblər. Bildirilir ki, bu ilin noyabrında Şərq Tərəfdaşlığı sammitində qəbul ediləcək bəyannamə tərəfdaş ölkələrin müxtəlif səylərini özündə birləşdirməli və maraqlı tərəflər üçün Avropa perspektivini təklif etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR