AŞPA Türkiyədə demokratik institutların vəziyyətini müzakirə edəcək

AŞPA Türkiyədə demokratik institutların vəziyyətini müzakirə edəcək
# 13 aprel 2017 11:13 (UTC +04:00)

Türkiyədə demokratik institutların fəaliyyəti AŞPA-nın yaz sessiyasının əsas müzakirə mövzusu olacaq.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, yaz sessiyası aprelin 24-28-də keçiriləcək. Müzakirə olunacaq mövzular sırasında Şimali Qafqazda insan haqlarının vəziyyəti, gəlir bərabərsizliyinin artması, qadın qaçqınların genderlə bağlı zorakılıqdan müdafiəsi də daxil edilib.

Yaz sessiyasında İspaniya kralı VI Filip və Yunanıstan prezidenti Prokopis Pavlopolusun çıxışları nəzərdə tutulub. Bundan başqa, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieks 2016-cı il üzrə hesabatını təqdim edəcək.

Bununla yanaşı, Kiprin xarici işlər naziri İonnis Kasoulides ölkəsinin Nazirlər Komitəsində sədrliyi ilə bağlı nitq söyləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR