İran və Suriya XİN başçıları Moskvadadır

İran və Suriya XİN başçıları Moskvadadır
# 14 aprel 2017 11:43 (UTC +04:00)

Moskvada Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında ikitərəfli görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Suriyadakı vəziyyət müzakirə olunub. İki ölkənin Suriya münaqişəsinin sülh yolu ilə həllində və beynəlxaql terrorçuluğa qarşı mübarizə birgə əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. S. Lavrov Suriya problemindən başqa, iki ölkənin BMT-də qarşılıqlı fəaliyyəti, Xəzər hövzəsində və Əfqanıstan probleminin həlli ilə bağlı əməkdaşlığı barədə fikir mübadiləsi aparacaqlarını da söyləyib.

S. Lavrov bu gün həm də Suriyanın xarici işlər naziri Valed Muallimi qəbul edib.

İkitərəfli görüşlərdən sonra Rusiya, İran və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR