Rusiyada qatar məktəbliləri daşıyan mikroavtobusla toqquşub, ölənlər var

Rusiyada qatar məktəbliləri daşıyan mikroavtobusla toqquşub, ölənlər var
# 14 aprel 2017 11:55 (UTC +04:00)

Bu gün Rusiyada yük qatarı məktəblilərin olduğu mikroavtobusla toqquşub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Omsk vilayətinin Novovarşavsk rayonunda tənzimlənməyən keçiddə baş verib.

Mikroavtobusda 10 şagird olub. Qəza nəticəsində sürücü və şagirdləri müşayiət edən şəxs ölüb, bir uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR