Liviya sahillərində 3 min miqrant xilas edilib

Liviya sahillərində 3 min miqrant xilas edilib
# 15 aprel 2017 23:03 (UTC +04:00)

İtaliya Sahil Mühafizəsi Xidməti sutka ərzində Liviya sahillərində 3 minə yaxın miqrantı xilas edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Liviyadan İtaliyaya keçmək istəyənlərin əksəriyyəti Nigeriya, Eritreya, Qvineya, Fil Dişi Sahili və Qambiya vətəndaşları olub.

İtaliya xarici işlər nazirliyinin məlumatına görə, 2016-cı ildə Aralıq dənizi ilə ölkəyə 180 mindən çox qeyri-qanuni miqrant keçib. Ölən və itkin düşənlərin sayı isə 5 mini ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR