Gürcüstanın ali məktəblərində 2 mindən çox Azərbaycan vətəndaşı təhsil alır

Gürcüstanın ali məktəblərində 2 mindən çox Azərbaycan vətəndaşı təhsil alır
# 17 aprel 2017 09:04 (UTC +04:00)

Gürcüstanın müxtəlif ali məktəblərində 8 min 12 nəfər əcnəbi tələbə təhsil alır.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Statistika İdarəsinin məlumatında deyilir.

Tələbələrdən 4 min 599-u özəl ali məktəblərdə oxuyur.

Gürcüstanın müxtəlif özəl və digər ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 min 93 nəfər təşkil edir.

Gürcüstanda təhsil alan əcnəbilər arasında Çin, ABŞ, Kanada, Almaniya, Rusiya, İsrail, Böyük Britaniya, Fransa, İspaniya və digər ölkələrdən gələnlər də var.


Qeyd edək ki, Gürcüstanın müxtəlif ali məktəblərində ölkə vətəndaşı olan 3 minədək azərbaycanlı və digər milli azlıq nümayəndələri də təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR