Saakaşvilinin qardaşı Ukraynada daimi yaşayış hüququndan məhrum edilib

Saakaşvilinin qardaşı Ukraynada daimi yaşayış hüququndan məhrum edilib
# 17 aprel 2017 09:42 (UTC +04:00)

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin qardaşı Ukraynada daimi yaşayış hüququndan məhrum edilib.

APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə M. Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

“Dünən xəbər tutdum ki, Ukrayna Təhlükəsizlik Xidmətinin məktubu əsasında qardaşım David Saakaşvilinin daimi yaşayış hüququ ləğv edilib və o, Ukraynanı tərk etməlidir. Çox alçaq bir hərəkətdir. Bizi dəstəkləyən iş adamlarının müəssisələrini bağlayırlar, amma oliqarxlara toxunmurlar. Bunu da adlayarıq. Bu bizim düzgün yolda olduğumuzun sübutudur”.

Qeyd edək ki, M. Saakaşvili 2015-ci ilin mayından 2016-ci ilin noyabrınadək Odessa rayon administrasiyasının başçısı olub. Vəzifəsindən gedən M. Saakaşvili bəyan edib ki, ölkədə korrupsionerlərin üstün olduğu bir vaxtda ayrıca bir regionda vəziyyəti dəyişmək çətindir. 2017-ci ilin fevralında M. Saakaşvilinin yaratdığı siyasi partiya qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR