İran XİN-in sözçüsü: “İran Şuşa məscidində hər hansı iş görməyib”

İran XİN-in sözçüsü: “İran Şuşa məscidində hər hansı iş görməyib”
# 17 aprel 2017 11:27 (UTC +04:00)

“İran tərəfindən Şuşa məscidində heç bir fəaliyyət aparılmayıb”.

Bunu APA-nın Tehran müxbirinin sualına cavabında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, İran Şuşa məscidində bərpa işləri və ya hər hansı başqa iş görməyib: “Ola bilsin, bəzi şirkətlər İranın adından istifadə edərək orada hansısa iş görür. Bu məsələdə İran hökumətinin rolu yoxdur”.

B. Qasimi qeyd edib ki, İranın Azərbaycan Respublikası ilə bağlı siyasəti şəffafdır: “Bəzi cərəyanlar var ki, Azərbaycan və İran arasında əlaqələri korlayır. Bu kimi cərəyanlar İranla regionun bəzi digər ölkələrinin də əlaqələrini korlamağa çalışır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR