Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti qastrol səfərinə yollanacaq

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti qastrol səfərinə yollanacaq
# 17 aprel 2017 13:42 (UTC +04:00)

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti aprelin 19-dan 30-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar və Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olacaq.

APA-nın xəbərinə görə, səfər çərçivəsində gənc yazar Pərvinin “Dəcəl keçi” əsəri əsasında hazırlanmış eyni adlı tamaşa nümayiş etdiriləcək.

Qastrol çərçivəsində teatrın direktoru Mübariz Həmidov Gürcüstan və Rusiya teatrlarının rəhbərləri ilə görüşəcək.

Qarşılıqlı səfərlərin şərtlərinə əsasən mayın 5-7-də Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı, 19-21 may tarixlərində isə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.

Aprel ayının 20-dən 27-dək isə teatrın başqa bir qrup üzvü Rusiyanın İvanovsk vilayətində keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR