Brayza: "Turistlərin Azərbaycana cəlb olunması baxımından şopinq festivalın böyük önəmi var"

Brayza: "Turistlərin Azərbaycana cəlb olunması baxımından şopinq festivalın böyük önəmi var"
# 17 aprel 2017 15:06 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Bakı Şopinq Festivalı ilə bağlı fikirlərini bölüşüb.

APA-nın məlumatına görə, M. Brayza “Bakıda Şopinq Festivalının keçirildiyini eşitmək çox xoşdur. Məncə, festival boyu “Tax Free” sisteminin tətbiqi turistlərin cəlb edilməsi üçün əla düşünülüb”, - deyə bildirib.

Keçmiş səfir xarici turistlərin Azərbaycana cəlb olunması baxımından festivalın önəminin böyük olduğuna əminliyini ifadə edib: “İrandan və bəzi Ərəb ölkələrindən Azərbaycana əvvəllər də turistlər az gəlmirdi. Bu festivalla isə Dubaydan fərqli yer axtaran bu ölkələrdən Azərbaycana gələn turist kontingenti artacaq. Ümumiyyətlə, başqa ölkələrdən də festivalla maraqlanıb, Azərbaycana gələn turistlərin sayında artım olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR