Nazir: "İşğal olunmuş ərazilərdə qazıntı işləri aparan xarici şirkətlərin adı "qara siyahı"ya salınacaq"

Nazir: "İşğal olunmuş ərazilərdə qazıntı işləri aparan xarici şirkətlərin adı "qara siyahı"ya salınacaq"
# 18 aprel 2017 15:08 (UTC +04:00)

"Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələrimizdə hər hansı qazıntı, bərpa işlərinin aparılmasında iştirak edən hər hansı xarici şirkət Azərbaycanda "qara siyahı"ya daxil ediləcək".

APA -nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, bu sahədə narahatıq yaradan faktlar aşkarlanıb: “İşğal olunan ərazilərdə bizim tarixi abidələri guya yenidən təhlil etmək üçün qazıntılar aparılır, tarixi uydurma məqsədləri daşıyan işlər görülür. Əfsus ki, bəzən digər ölkələrin alimləri də bu işə cəlb olunurlar. Buna görə Azərbaycanın mövqeyi prinsipialdır. Hər hansı xarici şirkət orada qanunsuz qazıntılarda, bərpa işlərində iştirak edəcəksə, Azərbaycanda "Qara siyahı"ya daxil ediləcək və ölkəmizlə əməkdaşlığı tamamilə məhdudlaşdırılacaq".

Ə Qarayev məsələ ilə bağlı nazirliyin də narahatlığını bildirdiyini deyib: "Bu yaxınlarda prezident İlham Əliyev, Xarici İşlər Nazirliyi müvafiq bəyanatlar verib. Biz də nazirlik olaraq UNESCO, ISESCO səviyyəsində narahatlığımızı dilə gətirmişik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR