Sankt-Peterburqdakı terrorda şübhəli bilinən şəxs günahını etiraf edib

Sankt-Peterburqdakı terrorda şübhəli bilinən şəxs günahını etiraf edib
# 18 aprel 2017 15:18 (UTC +04:00)

Sankt-Peterburq metrosunda terror aktını təşkil etməkdə şübhəli bilinən Abror Əzimov günahını etiraf edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Moskvanın Basmannı məhkəməsində onun vəkili Armen Zadoyan deyib.

Qeyd edək ki, A. Əzimov aprelin 17-də Moskva vilayətinin Odintsovo rayonunda saxlanılıb. Federal Təhlükəsizlik Xidməti hesab edir ki, terrorçu-kamikadze Akbarjon Cəlilovu bu cinayəti törətməyə məhz A. Əzimov hazırlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR