Seçki prosesinə mane olmaya görə cərimələr artırılır

Seçki prosesinə mane olmaya görə cərimələr artırılır
# 19 aprel 2017 09:32 (UTC +04:00)

Azərbaycanda seçki (referendum) ilə bağlı prosesin həyata keçirilməsinə mane olmaya görə cərimələr 20 dəfəyədək artırılır.

APA-nın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 159-cu (Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma) maddəsinə dəyişiklik edilir.

Maddənin birinci bəndində (Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma) sanksiyada “100 manatdan” cərimə “1500 manatdan 2000 manata qədər” cərimə ilə əvəzlənir. Maddənin ikinci bəndinin (Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olma ) sanksiyasında “200 manatdan 600 manata qədər” cərimə “2000 manatdan 4000” manata qədər cərimə ilə əvəzlənir.

Maddənin üçüncü bəndinin (Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə mane olma) sanksiyasında isə “300 manatdan 700 manata qədər” cərimə “2500 manatdan 5000 manata qədər” cərimə ilə əvəzlənir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR