Bakı Şopinq Festivalının “Fashion Pavilion”u açılıb

Bakı Şopinq Festivalının “Fashion Pavilion”u açılıb
# 19 aprel 2017 11:42 (UTC +04:00)

Bakı Şopinq Festivalının “Fashion Pavilion”u fəaliyyətə başlayıb.

APA-nın məlumatına görə, "Barkers"də yerləşən "Fashion Pavilion"a gəlməklə 16-sı milli, ümumi olaraq 23 müəllifin brend geyim, aksesuar və mebel əşyaları arasında seçim edə bilərsiniz.

"Fashion Pavilion" istənilən tərzdə eksklüziv brendlərin tikiliş və satışını həyata keçirir və festival müddətində, həftənin 7 günü səhər saat 10-dan 21-dək fəaliyyət göstərir. Bütün nümayiş olunan mallar əl işi olmaqla bərabər yüksək keyfiyyət və müasir dəbə əsaslanır. Milli ruhda təkrarolunmaz məhsullardan hazırlanan mallar, istəyiə uyğun olaraq, hədiyyə qablaşdırdırmasında təqdim edilir.

Məşhur modelyerlərin brendləri arasında seçim etməklə, istənilən müəllifdən brend geyim, aksesuar və mebel əldə etmək olar.

Bundan başqa, brend markaları öz ölçüsünə uyğun sifariş etmək istəyənlər üçün hər gün yerli dizaynerlərlə görüş keçiriləcək, istədikləri dizaynerdən öz ölçülərinə uyğun fərdi tikiş də sifariş edə biləcəklər.

"Barkers" Tbilisi prospekti, 35 ünvanında yerləşən “Globus Plaza”da fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR