Rusiyada terror aktı hazırlayan iki nəfər zərərsizləşdirilib

Rusiyada terror aktı hazırlayan iki nəfər zərərsizləşdirilib
# 19 aprel 2017 13:39 (UTC +04:00)

Rusiyada terror aktı hazırlayan iki nəfər zərərsizləşdirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Orta Asiya respublikalarının birinin vətəndaşları olan həmin şəxslərin beynəlxalq terror təşkilatları ilə əlaqəli olduğu bildirilir.

Qeyd olunur ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Vladimir vilayətində 1991 və 1987-ci il təvəllüdlü, Orta Asiya ölkələrinin birindən olan və saxlanılma zamanı silahlı müqavimət göstərən iki nəfəri zərərləşdiriblər. Onlar kustar üsulla istehsal edilən partlayıcı qurğuların hazırlanma texnologiyalarına maraq göstəriblər və Rusiya ərazisində terror aktı törətməyə planlaşdırıblar.

Əməliyyat-axtarış tədbirləri zamanı partlayıcı qurğunun hazırlanması üçün istifadə olunan komponentlər, AK-74, PM tapançası və sursat tapılıb.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR