AŞPA: Türkiyədə ölüm hökmünün bərpası ölkənin Avropa Şurasındakı üzvlüyünə zidd olacaq

AŞPA: Türkiyədə ölüm hökmünün bərpası ölkənin Avropa Şurasındakı üzvlüyünə zidd olacaq
# 19 aprel 2017 14:05 (UTC +04:00)

"Türkiyədə edam cəzasının yenidən tətbiqi ölkənin Avropa Şurasında üzvlüyünə uyğun gəlməyəcək".

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, bunu AŞPA-nın edam cəzasının ləğvi üzrə baş məruzəçisi İv Kruşet deyib.

“Xatırlatmaq istərdim ki, hazırda təşkilatımıza 47 üzv ölkənin heç birində ölüm cəzası icra edilmir. Ölüm cəzasından imtina qurumumuzun əsas prinsiplərindən biridir. AŞPA buna moratorium elan etməklə, Avropanı ölüm cəzası olmayan qitəyə çevirməyə çalışıb. Asambleya bu məsələdə geriyə addım atmağı qəbul etməyəcək. Gərək prezident Ərdoğanın heç bir illüziyası olmasın. Türkiyədə ölüm cəzasının yenidən tətbiqi ölkənin Avropa Şurasındakı hazırkı üzvlüyünə uyğun gəlməyəcək”, - deyə İ. Kurşet bildirib.

Qeyd edək ki, Türkiyə Avropa Şurasının təsisçilərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR