Dini Komitədə “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri ilə görüş olub

Dini Komitədə “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri ilə görüş olub
# 19 aprel 2017 14:13 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə S. Heydərov qeyd edib ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla, eyni zamanda dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdir.

S.Heydərov vurğulayıb ki, bəzi Avropa ölkələrində islamofobiya, irqi və dini ayrı-seçkilik kimi təhdidlər getdikcə daha təhlükəli forma almaqla geosiyasi maraqların ödənilməsi vasitəsinə çevrilməkdədir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır. Səyavuş Heydərov bütün bu qarşıdurma və təhdidlərin qarşısının alınmasında Azərbaycanın əsas çıxış yolunu tolerantlıqda, həmrəylikdə gördüyünü bildirib.

Görüşün sonunda qurumun nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qonaqlar səmimi fikir mübadiləsi üçün təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR