Türkiyədə müxalifətin referendum nəticələrinin ləğvi ilə bağlı müraciəti rədd edilib

Türkiyədə müxalifətin referendum nəticələrinin ləğvi ilə bağlı müraciəti rədd edilib
# 19 aprel 2017 17:19 (UTC +04:00)

Türkiyə Ali Seçki Komissiyasının (YSK) aprelin 16-da keçirilmiş referendumun nəticələrinin ləğvi üçün edilmiş müraciət əsasında iclası keçirilib.

APA-nın “Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, qəbul edilmiş qərara görə Komissiya referendumun nəticələrinin ləğvi üçün edilmiş müraciətləri rədd edib.

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyası, HDP və Vətən partiyası Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumun nəticələrinin ləğvi üçün Ali Seçki Komissiyasına müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR