Türkiyədə zəncirvari qəza nəticəsində 5 nəfər ölüb

Türkiyədə zəncirvari qəza nəticəsində 5 nəfər ölüb
# 19 aprel 2017 22:08 (UTC +04:00)

Türkiyənin Gaziantep vilayətində ağır yol qəzası baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Gaziantep-Şanlıurfa avtomagistralında qeydə alınıb.

Məlumata əsasən, üç avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 5-i xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir.

Hadisə yerində polis və xilasedicilər işləyir. Qəza səbəbindən hadisənin baş verdiyi yol bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR