Yunanıstanın paytaxtında partlayış baş verib

Yunanıstanın paytaxtında partlayış baş verib
# 19 aprel 2017 22:30 (UTC +04:00)

Yunanıstanın paytaxtı Afinada partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident “Eurobank”-ın şöbəsində qeydə alınıb.

Məlumata əsasən, yerli vaxtla saat 22:00 radələrində naməlum şəxs xəbər saytına zəng edərək yarım saatdan sonra “Eurobank”da partlayışın baş verəcəyini bildirib.

Partlayış nəticəsində bankın ofisinə və yaxınlıqdakı binalara ziyan dəyib. Zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR