Deputat seçiciləri ilə görüşüb

Deputat seçiciləri ilə görüşüb
# 20 aprel 2017 07:38 (UTC +04:00)


Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Qalıncaq kəndində seçicilərini qəbul edib, onları maraqlandıran məsələlər barədə müzakirələr aparıb.

Deputatın qərargahından APA-ya bildirilib ki, Qalıncaq kənd sakinləri millət vəkilinə əsasən sosial yönümlü məsələlər barədə müraciət ediblər. Müraciətlər arasında şəxsi problemlər də yer alıb.

Qaldırılan məsələlərdən əsasən, müalicə ilə bağlı olanlar deputatın diqqət mərkəzində olub. Belə problemlərin həlli üçün millət vəkili bütün mümkün imkanlardan istifadə edərək ərizəçilərə köməklik göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR