Gürcüstanda Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilir

Gürcüstanda Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilir
# 20 aprel 2017 09:15 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tiflis şəhərində 4-cü Cənubi Qafqaz Təhlükəsizlik Forumu başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili giriş sözü ilə çıxış edərək müasir şəraitdə Cənubi Qafqaz ölkələri üçün təhlükəsizliyin vacib olduğunu bildirib. Baş nazir çıxışında Gürcüstanın 20% torpaqlarının işğal olunduğunu və bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Abxaziyaya səfər etdiyini xatırladıb: “Fikrimcə, bu münaqişə beynəlxalq aləmin gücü ilə sülh yolu ilə həll edilməlidir. Gürcüstanın NATO-ya üzv olması yalnız bizim məqsədimiz deyil, həmçinin vəzifəmizdir”.

Baş nazir Gürcüstanın öz ərazisindən keçən beynəlxalq layihələrə qoşulduğunu və bu layihələr sayəsində ölkənin təhlükəsizliyinin təmin olduğunu bildirib.


Forumda diplomatik korpus rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan iştirak edirlər.

Tədbir iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR