Milli Məclisin buraxılmasını şərtləndirən yeni qaydalar müəyyənləşdirilir.
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin daxili Nizamnaməsinə yeni 22-1 (Milli Məclisin buraxılması) maddəsinin əlavə olunması təklif edilir.
Maddəyə əsasən “Azərbaycan Konstitusiyasının 98-1-ci maddəsinin I hissəsinə uyğun olaraq Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri ölkə prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin edilmədikdə, habelə bu, Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan prezidenti Milli Məclisi buraxır”.
Layihə parlamentin birgə komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.
MM-in buraxılması ilə bağlı yeni qaydalar daxili Nizamnamədə əksini tapacaq
20 aprel 2017 10:20 (UTC +04:00)
Daxili siyasət
Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları təsdiq edilib
16:51
23 aprel 2024
Sığorta ödənişinin verilməsi qaydası dəyişib
16:50
23 aprel 2024
Siyavuş Novruzov: Xocalı soyqrımını törədənlərə, Gəncəni, Tərtəri, Bərdəni bombalayanlara hələ də sanksiya tətbiq edilməyib
11:16
23 aprel 2024
Milli Məclisin növbəti iclası başlayıb
11:01
23 aprel 2024