Bakıda 65 yaşlı qadını avtomobillə vurub öldürən şəxs məhkəmə zalında həbs edilib

Bakıda 65 yaşlı qadını avtomobillə vurub öldürən şəxs məhkəmə zalında həbs edilib
# 20 aprel 2017 12:56 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elgün İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Elgün İbrahimov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçmək istəyən piyada 65 yaşlı Leyla Hüseynovanı vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR