Şamaxıda torpaq sürüşməsi olub, iki evin divarı uçub

Şamaxıda torpaq sürüşməsi olub, iki evin divarı uçub
# 20 aprel 2017 15:21 (UTC +04:00)

Şamaxıda baş verən torpaq sürüşməsi fəsadlara səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, sürüşmə şəhərin Aşıq Məmmədağa küçəsində qeydə alınıb.

Ümumilikdə 2 hektar ərazi sürüşməyə məruz qalıb, hazırda 7 ev təhlükə altındadır.

Yerli sakinlərin bildirdiyinə görə, son bir həftə ərzində torpaq sürüşməsi yenidən aktivləşib və getdikcə böyük ərazini əhatə edir. Artıq iki fərdi yaşayış evinin daş divarları uçub, həyətyanı sahələrdə iri yarğanlar və çökmələr əmələ gəlib. Evləri dağılan ailələr gecələr orada qalmağa qorxduqları üçün təhlükəsiz əraziyə köçüblər.

Təhlükənin hər an artdığı bu əraziyə Şamaxı rayon fövqəladə hallar komissiyasının üzvləri baxış keçirib, müəyyən ölçülər götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR