On üç manata görə qətl törədən gəncə hökm oxunub

On üç manata görə qətl törədən gəncə hökm oxunub
# 20 aprel 2017 15:23 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən İlham Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Aslanov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin iyununda Qubada Amsar kənd sakini, 1998-ci il təvəllüdlü İlham Aslanov qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanı öldürüb. O, qadının evinə girərək onu iplə boğub, oradan 13 manat aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR