Lənkəranda 39 yaşlı kişi bıçaqlanıb

Lənkəranda 39 yaşlı kişi bıçaqlanıb
# 20 aprel 2017 17:51 (UTC +04:00)

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Velədi kəndində qeydə alınıb. 1978-ci il təvəllüdlü Aqil Cəlal oğlu Babayev Velədi kəndi ərazisində bıçaqlanıb. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğundan əməliyyata götürülüb. Cinayəti törətmiş şəxsin hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR