Ağcabədidə 27 yaşlı qadın intihara cəhd edib

Ağcabədidə 27 yaşlı qadın intihara cəhd edib
# 21 aprel 2017 10:11 (UTC +04:00)

Ağcabədi rayonunda intihara cəhd olunub. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Arazbarı kəndində qeydə alınıb. Kənd sakini Gülsarə Qasımova həşəratlarla mübarizə üçün nəzərdə tutulan dərman içib.

G. Qasımova Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onun vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR