AMEA-nın dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşına hökm oxunub

AMEA-nın dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşına hökm oxunub
# 21 aprel 2017 10:13 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Aliyə Cahangirova AMEA-da dizayner işləyib. İttihama görə, A. Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə zərərçəkmiş Mehparə Sadıxovanın 70 min manatını ələ keçirib. Onun bacısı Gülnarə Naibovanın 8500 manatını alıb. A. Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR