Azərbaycanlı doktorant Samir Hüseynov ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Azərbaycanlı doktorant Samir Hüseynov ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb
# 21 aprel 2017 10:35 (UTC +04:00)

Texas A&M Üniversitetinin tətbiqi iqtisadiyyat fakültəsində doktorantura təhsili alan Samir Hüseynov Amerikanın Milli Elm Fondu (The National Science Foundation) tərəfindən tədqiqat mükafatına layiq görülüb. APA-nın məlumatına görə, 42,6 min dollar həcmində olan bu mükafat Samir Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin “İnsan Davranışları Laboratoriyası”nda sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcək.

Milli Elm Fondu ABŞ https://www.nsf.gov/awardsearch/showAward?AWD_ID=1658816HYPERLINK "https://www.nsf.gov/awardsearch/showAward?AWD_ID=1658816&HistoricalAwards=false"&HYPERLINK "https://www.nsf.gov/awardsearch/showAward?AWD_ID=1658816&HistoricalAwards=false"HistoricalAwards=false

federal hökuməti tərəfindən maliyyələşdirilir və hər il elmi inkişaf etdirəcək, əhalinin rifahını yüksəldəcək və sosial siyasət qərarlarını daha effektiv edəcək elmi araşdırmalara qrant şəklində mükafat verərək elm adamlarını dəstəkləyir. Fondun qrant mükafatları alimlər arasında olduqca prestijə sahibdir və bu mükafat bir neçə mərhələdən ibarət olaraq referilərin rəyi və komissiyaların qərarları nəticəsində ən yüksək perspektivli elmi işlərə verilir. Samir Hüseynov Fondun “Qərarvermə, risk və idarəetmə” proqramı üzrə mükafatına layiq görülmüşdür. O, son 5 ildə bu mükafata layiq görülən 10-cu, Texas A&M-dən isə ilk doktorantdır.

Onun bu layihəsi http://agrilife.org/hbl/contact-us/ ehtiras altında iqtisadi qərarların verilmə mexanizmini analiz edir. Belə ki, 2007-ci ildə Amerikada qəbul olunan qanuna görə, bütün restoranlar menyularında təqdim olunan yeməklərin kalorisi ilə bağlı məlumat verməlidirlər. Bu qanunun əsas məqsədi insanları yüksək kalorili qidalardan çəkindirmək, əhalini az kalori istehlak etməyə sövq etmək və kökəlmənin (obezliyin) qarşısını almaqdan ibarətdir. Amma qanun tətbiqi gözlənilən nəticəni verməyib və əhalinin kalori istehlakında azalma müşahidə olunmayıb. Samir Hüseynovun qurduğu nəzəri-davranış modelinə görə, yüksək kalorinin təqdim edildiyi mühitdə (restoranlarda və s.) insan beyni daha ləziz görünən, çox kalorili və sağlam olmayan qidaların pozitiv xüsusiyyətlərini önə çəkir və neqativ xüsusiyyətlərini isə görməzdən gəlir, bu yolla qeyri-sağlam qidalanmaya səbəb olur. Samir Hüseynov qurduğu model insanın emosiyalarını, beyin dalğalarını və göz hərəkətlərini də ölçməyi və bu yolla qida seçiminin neyro əsaslarını araşdırmağı planlaşdırır.

Qeyd edək ki, Samir Hüseynov Bakıdakı 1 saylı fizika-riyaziyyat təmayüllü liseydə oxumuş, İqtisad Universitetini bitirdikdən sonra Macarıstanda magistratura təhsili alıb. O, hazırda xaricdə təhsil üzrə 2007-2015-ci illər üzrə dövlət Proqramı çərçivəsində Texas A&M Universitetində doktorantura təhsili alır. Ailəlidir, iki övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR