Almaniyanın Azərbaycandakı səfiri Naxçıvana səfər edib

Almaniyanın Azərbaycandakı səfiri Naxçıvana səfər edib
# 21 aprel 2017 12:36 (UTC +04:00)

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Naxçıvanda səfərdə olub.

Səfirlikdən APA-ya veirlən məlumata görə, o, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Görüşdə Almaniya və Azərbaycan arasında münasibətlərə fikir mübadiləsi aparılıb. Hər iki tərəf iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşməsi üçün danışıqları davam etdirmək barədə qərar verib.

Muxtar Respublikanın iqtisadiyyat naziri Famil Seyidov və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Əsgər İsmayılovla görüşdə əsasən iqtisadiyyat və konsulluq məsələləri ilə əlaqədar müzakirələr aparılıb. M. Kindsqrab Naxçıvan Biznes Mərkəzində xüsusilə respublikanın kənd təsərrüfatı məhsulları ilə tanış olub.

Bundan başqa, səfir 2010-cu ildən Naxçıvanda fəaliyyət göstərən NAZ-Lifan avtomobil zavodunda olub. Səfir Naxçıvanda bir neçə muzeyə və Duz Dağı müalicə mərkəzinə baş çəkib, respublikanın turizm potensialı ilə tanış olub. Səfər proqramı çərçivəsində Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev və alman dilini tədris edən müəllimlərlə görüş keçirilib. Hər iki tərəf 2016-cı ildən özəl universitet və Lüdviq Maksimilian Münhen universiteti arasında əməkdaşlığın vacibliyini xüsusi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR