Polşa Smolenskdəki aviaqəzanın Beynəlxalq Ədalət Məhkəməsində araşdırılmasını istəyir

Polşa Smolenskdəki aviaqəzanın Beynəlxalq Ədalət Məhkəməsində araşdırılmasını istəyir
# 21 aprel 2017 13:34 (UTC +04:00)

Polşa Smolenskdə ölkə rəhbərliyin olduğu təyyarənin qəzaya uğraması məsələsini Beynəlxalq Ədalət Məhkəməsinə çıxarmaq istəyir.

APA-nın Polşa XİN-in saytına istinadən verdiyi məlumatına görə, bunu Polşa xarici işlər naziri Vitold Vaşikovki amerikalı həmkarı Reks Tillersonla görüşü zamanı deyib.

“Tillersonla danışıqlar zamanı Smolenskdə baş vermiş təyyarə qəzası diqqətdə saxlanılıb. Mən dəstək üçün müraciət etdim. Bu təyyarənin qalıqların qaytarılması üçün Rusiyaya istər diplomatik, istər siyasi təzyiq edilə bilər. Həmçinin hüquqi müstəvisində dəstək verilə bilər. Biz əməkdaşlığımıza başlaya bilərik. Çünki bu məsələni Beynəlxalq Ədalət məhkəməsinə çıxarmaq istəyirik”, - deyə o vurğulayıb.

V. Vaşikovskinin sözlərinə görə, bu məsələdə Rusiya ilə əməkdaşlıq tam şəkildə olmayıb və rəsmi Moskva qəzanın səbəblərini izah etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR