"Azexport" Şərqi Avropa ölkələrinə tövsiyə olunub

"Azexport" Şərqi Avropa ölkələrinə tövsiyə olunub
# 21 aprel 2017 15:41 (UTC +04:00)

Avropa Palataları Assosiasiyasının Şərq tərəfdaşlığı proqramı, "East İnvest 2" layihəsi çərçivəsində sahibkarlığı dəstəkləyən təşkilat və biznes assosiasiyalarının Kiyevdəki toplantısında layihənin koordinatoru Natiq Mədətov "Azexport" portalı barədə tədbir iştirakçılarına geniş məlumatlar təqdim edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, təqdimatdan sonra "Azexport" portalı "East Invest 2" layihəsi çərçivəsində kiçik və orta sahibkarlığın ixracının təşviqi üçün onlayn platforma kimi dövlət-özəl sektor dialoqunda iştirak üçün üzrə tövsiyələr siyahısına daxil edilib.

Davamlı olaraq bu layihənin fərqli ölkələrdə müzakirələrin təşkil edilməsində məqsəd səmərəli və davamlı dövlət və özəl sektor dialoqu, eləcə də Şərq Tərəfdaşlığı ölkələrində birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üçün səylərin birləşdirilməsidir.

Qeyd edək ki müzakirələrdə Azərbaycan, Gürcüstan, Belarus, Ukrayna, Moldova və Ermənistandan olan 30-dan artıq nümayəndə iştirak edib. Bundan sonrakı müzakirələr Brüsseldə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR