Türkiyənin Rusiyadan S-400 kompleksi alması ilə bağlı danışıqlar yekun mərhələdədir

Türkiyənin Rusiyadan S-400 kompleksi alması ilə bağlı danışıqlar yekun mərhələdədir
# 21 aprel 2017 15:49 (UTC +04:00)

"Rusiyadan S-400 zenit-raket kompleksi alınması ilə bağlı danışıqlar sonuncu mərhələdir".

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib.

“Aydın məsələdir ki, Türkiyəyə raket hücumundan müdafiə sistemləri lazımdır, lakin NATO ölkələri belə sistemləri təklif etməyib. S-400 alınması ilə bağlı işlər sonuncu mərhələdədir. Lakin bu, o demək deyil ki, yekun sənəd sabah imzalanacaq”.

F. İşıqın sözlərinə görə, Türkiyə S-400-ü NATO müdafiə sistemlərinə daxil etmədən istifadə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR