Sülh Platformasının Belçika üzrə sülh səfiri təyin edilib

Sülh Platformasının Belçika üzrə sülh səfiri təyin edilib
# 21 aprel 2017 16:19 (UTC +04:00)

Ermənistan-Azərbaycan Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev Sülh Platformasının üzvü olan “The Caucasus Interface” təşkilatının sədri Mişel İvor ilə görüşüblər.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə platformanın gələcək planları müzakirə olunub.

Həmkoordinatorlar M. İvoru Sülh Platformasının cari fəaliyyəti və gələcək planları haqqında daha ətraflı tanış ediblər. Görüş zamanı tərəflər ümumi əməkdaşlığa dair razılığa gəliblər. M. İvor özü və sədri olduğu təşkilatın adından platformanın sülh qurucu fəaliyyətini dəstəklədiyini və bu sahədə öz imkanlarını səfərbər edəcəyini vurğulayıb.

Görüşün sonunda həmkoordinatorlar M. İvoru Ermənistan-Azərbaycan Sülh Platformasının Belçika üzrə sülh səfiri elan ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR