Allahşükür Paşazadə Gürcüstan baş naziri ilə görüşüb

Allahşükür Paşazadə Gürcüstan baş naziri ilə görüşüb
# 21 aprel 2017 16:31 (UTC +04:00)

Tiflisdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə Gürcüstan baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş zamanı A. Paşazadə Gürcüstan Patriarxı II İliya ilə uzun illərdir tanış və dost olduğunu bildirib.

O, xristian və müsəlman dinlərinin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. A. Paşazadə xristian və müsəlman dinlərinin həmrəyliyi mövzusunda Gürcüstanda beynəlxalq konfransın keçirilməsini təklif edib.

G. Kvirikaşvili isə mövzunun aktuallığını önə çəkərək, konfransa dəstək olacaqlarını bildirib. Baş nazir Azərbaycan və Gürcüstanda olan din sahəsindəki problemlərin həllində A. Paşazadənin böyük rolunu vurğulayıb.

Görüş zamanı A. Paşazadə baş nazirə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyevi təqdim edib. O, QMİ nümayəndəsinə Gürcüstanda yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Söhbət əsnasında həmçinin regionda mövcud münaqişələr müzakirə edilib.

Tədbirdə Azərbaycan səfiri Dursun Həsənov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR