Hacıqabulda narkotik alverçisi saxlanılıb

Hacıqabulda narkotik alverçisi saxlanılıb
# 21 aprel 2017 18:02 (UTC +04:00)

Hacıqabulda “Bonzay” ləqəbi ilə tanınan narkotik alverçisi saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Qarasu kənd sakini, 1984-cü il təvəllüdlü Hüseynov Şirin Səadətdin oğlu saxlanılıb.

Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan təxminən 11 qram çəkidə sintetik tərkibli narkotik maddə olan “spays” (bonzai) aşkar edilərək götürülüb. Narkomanlar arasında istifadəsinə az rast gəlinən narkotik vasitə olan spays çox təhlükəli narkotik vasitə kimi qiymətləndirlir. Belə ki, spaysın qəbulundan sonra insanda hallyusinasiyalar, qarabasmalar və s. baş verir.

Qeyd edək ki, Şirin Hüseynov məhz adı çəkilən sintetik narkotik vasitəni satışı ilə məşğul olduğundan kriminal aləmdə o, “Bonzay” ləqəbi ilə tanınır.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR