Türkiyədə PKK-çılarla atışmada 1 əsgər ölüb, daha 1-i yaralanıb

Türkiyədə PKK-çılarla atışmada 1 əsgər ölüb, daha 1-i yaralanıb
# 21 aprel 2017 21:24 (UTC +04:00)

Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında baş verən atışmada 1 əsgər şəhid olub, daha 1-i yaralanıb

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yaralı əsgər Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Vilayətin Bestler-Dereler bölgəsində həyata keçirilən əməliyyat nəticəsində 29 terrorçu məhv edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Şırnakın Uludərə bölgəsində terrorçularla qarşıdurmada 2 əsgər şəhid olub, daha 2-si yaralanmışdı. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR