Bakıda Britaniya film festivalı başlayır

Bakıda Britaniya film festivalı başlayır
# 27 aprel 2017 08:00 (UTC +04:00)

Aprelin 28-də Nizami Kino Mərkəzində üçüncü Britaniya Bahar Film Festivalının açılışı keçiriləcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, festival "British Council Azərbaycan" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Bu ilki açılış filmi Reyçel Tunnardın mükafat almış “Yetkinlik həyatının bacarıqları” komediyasıdır.

Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.

Aprelin 28-dən mayın 4-dək davam edəcək festivalda qadın rejissorların lentə aldığı altı film təqdim olunacaq.

Təqdimat filmi istisna olunmaqla, digər filmlər rus dilində alt yazılarla nümayiş ediləcək.

Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR